Nazirlə Əmiraslanov arasında qarşıdurma - Komitə sədri aptek xaosunu sərt tənqid etdi - VİDEO
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun Milli Məclisdə apteklərlə bağlı açıqlaması, onun Səhiyyə naziri Teymur Musayevlə münasibətlərinin sərin olduğunu ortaya çıxarıb. Ə.Əmiraslanov aptek bolluğunun ciddi problemlər yaratdığını vurğulayaraq, səhiyyə sahəsindəki çatışmazlıqları tənqid edib. Bu çıxış, həmçinin səhiyyə sistemindəki bəzi vacib məsələlərdə fikir ayrılığının mövcud olduğunu da üzə çıxarıb.
Əhliman Əmiraslanov açıqlamasında qeyd edib: “Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”.
Bakupost.az
Səhiyyə komitəsinin sədri, Səhiyyə naziri Teymur Musayevlə də bu məsələni müzakirə etdiyini bildirib: “Səhiyyə naziri Teymur Musayevlə danışıqlarımız da olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu kimi məsələlərin orada müzakirə ediləcəyi nəzərdə tutulub”.
Bu açıqlamadan sonra İTV-nin “Sabaha Saxlamayaq” verilişində məsələ müakirəyə çıxarılıb. Həmin verilişdə iştirak edən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Feyzullayev Əhliman Əmiraslanovun açıqlamalarını təkzib edərək, Azərbaycanda aptek sayının əhalinin ehtiyacına uyğun olduğunu vurğulayıb. Feyzullayevin sözlərinə görə, aptek sayı ilə bağlı heç bir problem yoxdur. O,ə Bakı əhalisinin 5 milyon olduğunu iddia edərək, aptek bolluğunu normal hesab edib. Ancaq rəsmi məlumatlara görə, Bakıda əhalinin sayı 3,5 milyon civarındadır.
38 dəfə oxundu