Türkiyə hərbi təyyarələri Pakistana niyə eniş edib?

Türkiyə hərbi təyyarələri Pakistana niyə eniş edib?
Türkiyədən Pakistana uçan hərbi təyyarələr yanacaq doldurmaq üçün Pakistana eniş edib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Zəki Aktürk Pakistana silah göndərilməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O bildirib ki, təyyarələr yanacaq doldurduqdan sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdiriblər.

Qeyd edək ki, Hindistanla gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələri Pakistana doğru hərəkət edərkən görüntülənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...