Son 7 ildə Azərbaycanda ana ölümlərinin sayı 71% artıb – İllər üzrə statistika

Son 7 ildə Azərbaycanda ana ölümlərinin sayı 71% artıb –
Azərbaycanda ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 29 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə mətbuata Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumat üçün bildirək ki, ana ölümlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, 2009-cu ildən sonra qeydə alınan ən yüksək ikinci göstəricdir.
Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ana ölümləri ən aşağı səviyyəyə 2018-ci ildə düşüb. Həmin il ölkədə hamiləlik, doğuş və zahılıq dövründə 17 ana ölüb. 2018-ci illə müqayisədə ötən il ana ölümlərinin sayı 70,6% artıb.
Müqayisə üçün 2018-ci ildən sonra Azərbaycanda qeydə alınan ana ölümlərinin statistikasını təqdim edirik:
2018-ci il – 17;
2019-cu il – 21;
2020-ci il – 20;
2021-ci il – 20;
2022-ci il – 18;
2023-cü il – 33;
2024-cü il – 29.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...