Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib

Tramp Qrenlandiyaya qoşun göndərə biləcəyini deyib
ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı işğal etmək üçün qoşunları göndərə biləcəyini deyib.

APA xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb.

Tramp Qrenlandiyaya qoşun yeridə biləcəyini və bu qərarı müəyyən şərtlər daxilində verə biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var. Çünki bu, ölkəyə beynəlxalq təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra bir neçə dəfə Qrenlandiyanı ilhaq etmək niyyətini səsləndirib. Onun sözlərinə görə, planetin ən böyük adasının ilhaqı ABŞ-a beynəlxalq təhlükəsizliyi təmin etmək üçün lazımdır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...