Rusiyada qadınlar evlənmək üçün azərbaycanlı kişilərə üstünlük verirlər

Rusiyada qadınlar evlənmək üçün azərbaycanlı kişilərə üstünlük verirlər

Rusiyalı qadınlar evlənmək üçün əcnəbilər arasında azərbaycanlı kişilərə üstünlük verirlər.

Bu barədə Saratov vilayətində Regional Vətəndaşlıq Qeydiyyatı İdarəsinin (ZAQS) keçirdiyi brifinqdə məlum olub.

Belə ki, Saratov vilayətində bu ilin ilk 9 ayında əcnəbi vətəndaşlarla 464 ailə nigahı qeydə alınıb: 153 gəlin və 311 bəy xarici vətəndaşlarla öz nikahlarını rəsmiləşdiriblər.

Hesabata əsasən, bunların arasında 81 qadın azərbaycanlı kişilərlə evlənib. Bundan sonra siyahının ilk beşliyini Tacikistan (77), Ermənistan (37), Qazaxıstan (30) və Ukrayna (19) vətəndaşları davam etdirir.

Maraqlıdır ki, həmin vilayətdə ən çox ərə gedən əcnəbi qadınlar - Ermənistan vətəndaşlarıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...