İtkin düşən şəhid atası qızı üçün bitki toplamağa gedibmiş - TƏFƏRRÜAT

İtkin düşən şəhid atası qızı üçün bitki toplamağa gedibmiş -
Xəbər verdiyimiz kimi, Daşkəsən rayonunun Bayan kəndində Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu itkin düşüb.

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb. Hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Modern.az-ın məlumatına görə, Kamil Abdullayev meşəyə xəstə qızı üçün çaşır bitkisi toplamağa gedibmiş.

O, səhər saatlarında evdən çıxıb və meşəyə gedib. şəhis atası ilə sonuncu telefon danışığı saat 5 radələrində olub.

Kamil Abdullayev son telefon danışığında meşədən geri qayıtdığını bildirsə də, ondan xəbər almaq mümkün olmayıb.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ş. Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...