Bu il "Green Card" udan azərbaycanlıların sayı AÇIQLANDI

Bu il "Green Card" udan azərbaycanlıların sayı
ABŞ-da leqal yaşamağa və işləməyə imkan verən "Green Card" lotereyasının 2021-ci il üzrə nəticəsi açıqlanıb.

Modern.az xəbər verir ki, Dövlət Departamentinin dərc etdiyi məlumata görə bu il dünyanın fərqli ölkələrindən 11 milyon 830 min 707 insan lotereyaya qatılıb.

Onlardan 55 min nəfər qələbə qazanaraq ABŞ-a köçmək və işləmək icazəsi alıblar. Məlumata əsasən, bu il 1 439 Azərbaycan vətəndaşı "Green Card" udub.

Bundan başqa, 5 604 Ukrayna, 6 001 Rusiya, 2 143 Belarus, 190 İsrail, 2 293 Ermənistan, 1 899 Gürcüstan, 2 406 Qazaxıstan, 2 130 Qırğızıstan, 1 565 Moldova, 2 332 Tacikistan, 5 319 Özbəkistan və s. ölkə vətəndaşları "Green Card" qazanıblar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...