Türkiyə ABŞ-dan 40 ədəd qırıcı almaq istəyir - "Reuters"

 Türkiyə ABŞ-dan 40 ədəd qırıcı almaq istəyir -
Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı almaq və Ankarada olan təxminən 80 ABŞ qırıcısını modernləşdirmək üçün hərəkətə keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentliyin əldə etdiyi xəbərə görə, müqavilə milyardlarla dollar dəyərindədir. Razılaşma ABŞ hökuməti tərəfindən təsdiqlənərsə belə Konqresin buna mane olacağı bildirilib.


Pentaqon və ABŞ Dövlət Departamenti məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri aldıqdan sonra ABŞ-la münasibətlərində soyuqluq əmələ gəlmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...