Saakaşvili 7 gündür aclıq aksiyası keçirir - "Həyati təhlükəsi var"

Saakaşvili 7 gündür aclıq aksiyası keçirir -
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 7 gündür ki, aclıq aksiyası keçirir.

Həkimlər yeməkdən imtina edən siyasətçinin həyati təhlükəsinin olmasından narahatlıq keçirir.

"Həkim kimi mənə onun səhhəti çox vacibdir. Hər şey etməliyik ki, onun həyatı üçün təhlükə yaranmasın. Çünki aclıq həyat üçün risklər daşıyır", - deyə (***) klinikasının reanimatoloqu Vaxtanq Kaloiani açıqlama verib.

Hazırda siyasətçinin yanına yalnız vəkilləri buraxılır. Onun kamerasına televizorun yerləşdirilməsi də tələb edilib.

Qeyd edək ki, Mixail Saakaşvili oktybarın 1-də Tbilisidə saxlanılıb və 6 il müddətinə həbs edilib.(unikal)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...