Saakaşvilinn həyat yoldaşı Ukrayna hakimiyyətindən kömək istədi

Saakaşvilinn həyat yoldaşı Ukrayna hakimiyyətindən kömək istədi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin xanımı, Ali Radanın deputatı Liza Yasko ərinə hüquqi yardım göstərilməsi ilə bağlı Ukrayna hakimiyyətinə müraciət edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun bununla bağlı açıqlaması feysbukda yayılıb.

"Öz dövləti uğrunda sevgi və mübarizə — bu, nəcib işidir! Və mən onun mübarizəsini dəstəkləyirəm. Mixeil Saakaşvili — Ukrayna vətəndaşıdır və biz vətəndaşımızı müdafiə etməliyik!", - o yazıb.

Parlament üzvünün müraciəti Ukrayna prezidenti Volodimir Zelenskiyə və onun ofisinə, Xarici İşlər Nazirliyinin başçısı Dmitri Kulebaya, baş nazir Denis Şmıqala, Ukraynanın Gürcüstandakı səfirliyinə, Avropa monitorinq missiyalarında və BMT-yə ünvanlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...