Putin: "Türkiyə ilə ticarət dövriyyəsindəki kəsir aradan qalxıb"

Putin: "Türkiyə ilə ticarət dövriyyəsindəki kəsir aradan qalxıb"
"Rusiya ilə Türkiyə pandemiyaya görə ticarət dövriyyəsindəki itkiləri nəinki kompensasiya edib, hətta dövriyyədə artıma nail olub".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

Onun sözlərinə görə, pandemiya zamanı ağır dövrdə iki ölkənin nümayəndələri arasında təmaslar davam edib: “Münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini söyləmək xoşdur”.

Putin deyib ki, 2020-ci ildə iki dövlət arasında ticarət dövriyyəsində 20 faiz kəsir olub: “Bu ilin ilk 8,5 ayında ticarət dövriyyəsi 55 faiz artıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...