Elmir Bağırov Ali Məhkəmənin qərarına əzələ nümayiş etdirir- DƏHŞƏT
Yenə də Saatlı rayonu və yenə də eyni tema…
Bir müddət olar ki, Saatlı rayon Azadkənd kənd sakinlərinin ciddi problemlərini həftəlik “Dosye.org” saytında yayımlayıram. Rayon rəhbərliyinin və digər qrumların məsələyə biganə yanaşdığını nəzərə alıb ölkə başçısı cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət etdim ki, Saatlı rayon sakinləri bir qrup məmur fironluğundan əziyyət çəkir. Nəticə etibarı ilə qeyd edim ki, ölkə başçısına ünvanladığım məktub aidiyyəti üzrə, yəni Ədliyyə Nazirliyinə yönləndirildi. Nazirlikdən mobil telefonuma edilən zəngdən belə qənaətə gəldim ki, məsələ artıq araşdırılır. Təbii ki, rayon sakinlərinin müraciəti tam araşdırıldıqdan sonra rəsmi cavab veriləcək. Amma Ali Məhkəmənin qərarını doğrudanda araşdırmaya ehtiyacı varsa daha necə deyərlər sözün bitdiyi andı….
Məsələ ilə bağlı bir daha diqqətinizə çatdırıram ki, Şirvan Apelasiya Məhkəməsinin hakimi baş verən qalmaqallı işlə bağlı hər iki tərəfi, daha dəqiq desək, üç tərəfi, yəni Saatlı Rayon İcra və Probasiya Şöbəsinin rəisi Araz Hüseynovu da dəvət edərək bütün hallarda məhkəmə qərarını icra etməyə göstəriş verib. İcra şöbəsinin rəisi saymazyana dəvəti qəbul etməmiş, şöbənin digər əməkdaşını göndərmişdir. Məsələnin mahiyyəti izah edildikdən sonra qarşı tərəf məhkəmədən bir başa Saatlı RİH başçısı Elmir Bağırovun yanına gedərək və hakimin ” təcili məhkəmə qərarı icra edilməlidir” ismarıcını başçıya çatdırmışdılar.
Əgər doğrudanda məhkəmənin qərarı icra edilmirsə, deməli “torbada pişik var”. Bəli, artıq əminliklə deyə bilərəm ki, rayon rəhbəri Elmir Bağırovun sifarişinə əsasən qərar icra edilmir. Telefon danışığı zamanı E.Baığırov narazı sakinlərini müxalifətçi olduğunu, eyni zamanda həmən torpağın təyinatında texniki səhvə yol verdiyini və məhkəmə qərarını kağız parçasından ibarət olduğunu söylədi. Başçının düşüncəsi ilə desək, bir mənalı şəkildə haqqını tələb edən sakinlər ya müxalifətçi olacaq, ya da ruhi xəstə. Təəsüflər olsun ki, Elmir Bağırov haqqını tələb edən sakinlərə qarşı xoşagəlməz fikirlər səsləndirir. Təəsüflər, təəsüflər, yenə də təəsüflər…
Suallar sizədir cənab başçı!!!
Həqiqətənmi VƏTƏN, torpaq,yer altı, yer üstü sərvətlər tək sizə məxsusdur?
Nə üçün imkan vermirsiniz ki, icra və probasiya şöbəsi üzərinə düşən vəzifəni icra etsin?
Hektarlarla örüş torpaqları nə zaman kimi eyni insanlar əkib becərəcək? Deməli, sizin marağınız hər şeydən üstündür!!!
Torpaq uğrunda canından keçən gənclər, qazilər iş olmadığı üçün rayonu tərk edib. Bunları kimin kürəyinə yazaq?
Cənab prezident sizi Saatlı rayonuna rəhbər edən zaman nələri tövsiyə etmişdir?
Məhkəmə dövlətin qanunlarına uyğun qərar qəbul edir və hər birinizin vəzifə borcudur ki, qərarlara hörmətlə yanaşasınız. Budurmu sizin qanunlara diqqətiniz?
Axı, hər birimiz ölkə vətəndaşları olaraq qanun qarşısında bərabər hüquqluyuq.
Siz dövlətin qulluqçusu, biz isə ölkənin vətəndaşlarıyıq. Dövlətə verilən vergi hesabına qulkuqçular əmək haqqı alır.
Elmir Bağırov, işinizi elə icra edin ki, işdən gedəndən sonra sizi yaxşılığa doğru ansınlar, əməlinizə qiymət versinlər.
Mən sizin oturduğunuz masanın üzərinə müqəddəs Quranı kərimi qoyub deyirəm. Əgər doğrudanda dövlətə sədaqətlə xidmət edirsinizsə, bir əlinizi Quranın üzərinə, bir əlinizi vicdanız üzərinə qoyub and için ki, rayonda heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz və həmən torpaqlar örüş deyil, əkin sahələridir. Görünən odur ki, tərəf mən deyiləm, açıq şəkildə Elmir Bağırovdur.
Geriyə yol yoxdur. Dəfələrlə yazılarımızda bütün faktları qeyd etdik, aidiyyəti üzrə məlumat verdik. Necə deyərlər, çı fayda…
Əmin olun ki, bir gün cənab prezidentin səbri tükənəcək və sizə göstərilən etimad aradan qaldırılacaq. Xalq öz prezidentini sevir və güvənir. Dəmir barmaqlar arasında eks-icra başçılarının aqibəti göz önündədir.
Elman Nigaran
P.S. İndicə aldığımız məlumata görə ötən gün Ədliyyə Naziri Fərid Əhmədov regionda qəbul keçirib. Örüş torpaqlarını icarəyə götürən şəxslər qəbulda nazirdən imdad diləyiblər. Lakin qanun aliliyini nəzərə alan nazirlik həmən şəxslərə bildirib ki, bütün hallarda məhkəmə qərarı icra edilməlidir və heç kimə ixtiyar verilmir ki, məhkəmə qərarlarına müdaxilə etsin. Vəziyyətin gərginliyini görən bələdiyyə sədri Fuad Rəhimov “mən işi danışmışam, pul toplamaq lazımdır” deyə onlara bildirib. Adını hallanmasını istəməyən şəxsin sözlərinə görə 3 nəfərdən başqa hamı etiraz etdi. Ətraflı növbəti yazılarımızda…
25 dəfə oxundu