Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb

Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb
Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin şəxsi heyəti suya enməyi nəzərdə tutan paraşüt hazırlığı üzrə proqram keçir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Cuanşer Burçuladze hərbçilərlə birgə onların mübariz ruhunu yüksəltmək məqsədilə paraşütlə tullanmada iştirak edib. Tullanma modernləşdirilmiş “AN 2” təyyarəsindən həyata keçirilib.

21 gün davam edəcək təlim proqramı fərqli ərazidə müxtəlif yüksəkliklərdən paraşütlə tullanma daxil olmaqla bir neçə mərhələdən ibarət olacaq.

Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...