Türkan duet ortağı Pərvizdən danışdı: “Xətrimə dəyib” - VİDEO

Türkan duet ortağı Pərvizdən danışdı:

Müğənni Türkan Vəlizadə açıqlamaları ilə yenidən gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

İlk zərfdən çıxan “Bir zamanlar aramız yaxşı idi” sözlərinə cavab olaraq, Türkan ifaçı Zeynəb Həsəninin adını çəkib və fikirlərinə belə davam edib:

“İndi yalnız salamımız var. Zeynəblə birlikdə qəzaya düşmüşdük. Amma həyatdır... Qulağım eşitməyən məsələlərin arxasınca gedən deyiləm. Əgər qulağımla və gözümlə nələrinsə şahidi oluramsa, o zaman da deyəcək sözüm olmur. Bu barədə çox danışmaq istəmirəm. Hər zaman onun qulluğundayam”.

İkinci zərfdəki “Rəqibim deyil” sözünü səsləndirən T.Vəlizadəyə seçimini sürətləndirmək üçün verilişin aparıcısı Vüsalə Əlizadə müğənni Aysun İsmayılovanın adını çəkib.

Türkan isə Aysunla yaxşı münasibətdə olduğunu bildirsə də, onun anası Rəqsanə İsmayılovadan danışıb:

“Rəqsanə xanımın xətrini çox istəyirəm. Mənə əziz insandır. O xanım sənətə bizdən xeyli əvvəl gəlib. Rəqsanə xanım gənclərə hər zaman dəstək olub. Onunla problemim bir dəfə olub. “İnanımmı?” adlı mahnısını icazəsiz ifa etmişdim, sonra zəng vurub icazəsini aldım, aramız düzəldi. Amma bu suala cavab vermək istəmirəm”.

Dördüncü zərfdən çıxan “Onunla qalmaqalım olub” fikrinə sənətçi “Monitorda fotoları əks olunan Fatma Mahmudova, Əli Mirəliyev və duet ortağım Pərviz Bülbülə ilə sözüm çəp düşüb, nəticədə, aramızda qalmaqal yaşanıb” deyərək, sözlərini belə tamamlayıb:

“Böyüklərimizə qarşı hörmətsizlik etmək olmaz. Həm Fatma xanımın, həm də Əli müəllimin hörmətini saxlayıram. “Maşın-şou”da Fatma xanım sözlərimi səhv anladı və aramıza nifaq düşdü. Sonra ondan üzr istədim. Əli müəllimlə verilişlərin birində sözümüz çəp gəlmişdi. Əli müəllim gəncləri təhqir edirdi. Gördüm ki, artıq sərhədləri aşır, ayağa qalxıb efiri tərk etdim.

Bir ara duet ortağım Pərvizlə də aram dəymişdi. Yaxın dostunun toyuna çağırdı, elə alındı ki, həmin məclisə gedə bilmədim. Bundan sonra aramızda soyuqluq yarandı. Amma indi hər şey yaxşıdır”.

Beşinci zərfdən çıxan “Yavaş-yavaş unudulur” cümləsini oxuyan müğənni öncə Əli Mirəliyevin adını çəksə də, sonra atdığı oxu “Cin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Ceyhun Zeynalova tuşlayıb: “Cinin son zamanlar yeni mahnısı yoxdur”.

Altıncı zərfdən “Elə vaxt olub ki, xətrimə dəyib” sözləri çıxıb və Türkan yenə duet ortağı Pərviz Bülbülənin adını çəkib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...