“Maddi durumum çox-çox pisdir” - Səməd Səmədov

“Maddi durumum çox-çox pisdir” -
Pandemiya ilə əlaqədar toylara qoyulan qadağa davam etdikcə, müğənni və musiqiçilərin narahatlığı artır. Gəlirləri əsasən el şənliklərindən olan bəzi sənətçilər hesab edir ki, toylara müəyyən qaydalar çərçivəsində start verilə bilər. Bəs görəsən, “Toylar kralı” Səməd Səmədov bu barədə nə düşünür?

Xalq artisti bütün diqqətin insanların sağlamlığına yönəlməsinin vacibliyini qeyd edib:

“Bu gün nəinki Azərbaycan, bütün dünya pandemiyadan əziyyət çəkir. Baxın, Türkiyədə hətta komendant saatı elan edilmişdi. Amma artıq bütün obyektlər açılır. Həmçinin, İtaliyada, digər Avropa ölkələrində də hər şey tədricən qaydasına düşür. Çünki camaat dövlətin qoyduğu qaydalara əməl edir. Bizdə isə vəziyyət fərqlidir. İnsanlar maskasız gəzir, qaydalara ciddi əməl etmək istəmir. Bax, elə ona görə də yaxın iki gündə camaatın çölə çıxması belə qadağan edildi”.

Toyların qadağan edilməsi ilə özünün də maddi vəziyyətinin ağırlaşdığını deyən Səməd Səmədov: “Şəxsən mənim də hazırda maddi durumum çox-çox pisdir. Heç bilmirəm ki, nə edəcəm. Çünki yeganə gəlirim toylardandır, əlavə qazanc yerim yoxdur. Digər tərəfdən övladlarım və nəvələrim Moskvada yaşayan digər nəvəmi görmək üçün ora getmişdilər və ilişib qalıblar orada. Və mən yoldaşımla bağda tək qalmışıq”, – bildirib.

Buna baxmayraq, “Toylar kralı” həmkarlarını səbirli olmağa çağırıb: “Müğənni dostlarımın vəziyyətindən xəbərim var. Mən onları “kəmərlərini bərk bağlamağa” çağırıram. Səbr, səbr, səbr etmək lazımdır. Çünki toyu həmişə etmək olar. Əsas xalqın, insanların sağlamlığıdır”.Konkret.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...