“Bərbərxanaların bağlı olması məni narahat etmir” - Niyaməddin Musayev

“Bərbərxanaların bağlı olması məni narahat etmir” -

Ötən gün Xalq artisti Niyaməddin Musayev Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi.

Bu gün isə müğənninin 80 yaşı tamam olur. Bu münasibətlə Niyaməddin Musayevlə əlaqə saxlayıb, yubiley yaşını necə qeyd etdiyini soruşduq.

Modern.az-a danışan müğənni doğum gününü evdə keçirdiyini deyərək, prezidentə minnətdarlığını çatdırdı:

“Prezidentimizə təşəkkür edirəm ki, belə bir vəziyyətdə onun nəzərindən qaçmadım. Sənətimi qiymətləndirdiyi üçün sizin vasitənizlə ölkə başçısına çox sağ ol deyirəm. Bu qərar mənim sənətimə hörməti olan bütün xalqı sevindirdi. Ad günümü heç yerdə qeyd etmirəm çünki bildiyiniz kimi, karantindir və hamı qaydalara əməl etməlidir. Karantin qurtarandan sonra düşünürəm ki, hardasa doğum günümü qeyd edim”.


Xalq artististi deyib ki, karantin müddətində bərbərxanaların bağlı olması onu narahat etmir:. “Necə görmüsünüzsə, eləyəm. Bərbərxanaya getməyə ehtiyacım yoxdur. Kişi salonlarının bağlı olması məni narahat etmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...