Murada yazdığını pozdurdular – Bir gündə iki fərqli mövqe

Murada yazdığını pozdurdular –

Türkiyəli müğənni Murad Boz koronavirusla bağlı qalmaqala səbəb olan paylaşım edib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurların insanları çölə çıxmamağa, virusdan qorunmağa səslədiyi bir vaxtda, M.Boz xalqı küçələrə səsləyib. Küçədən fotolarını paylaşaraq “Çətin günlər keçiririk, amma özünüzü evə həbs etməyin. Hava gözəl olduğu üçün bayıra çıxın. İdmanımı açıq havada edəcəm, siz də bayıra çıxın, evdə oturmayın”, - deyə yazan müğənni sərt tənqid edilib.

Bir müddət sonra paylaşımını silən ifaçı “Məcbur olmadığınız halda bayıra çıxmayın. Mən nazirliyin xəbərdarlıqlarına əməl edirəm” – deyə açıqlama verib.

Sosial şəbəkə iştirakçıları müğənninin rəsmi qurumların təzyiqindən sonra yazdığı statusu sildiyini iddia ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...