“Adımı çəkməyə qorxurlar” – Xalq artisti hansı həmkarlarını qınadı?

“Adımı çəkməyə qorxurlar” –
“Gundeminfo” xəbər verir ki, müğənni şəxsi həyatından və yaradıcılığında söhbət açıb. 65 yaşlı Xalq artisti sevgi münasibətinin alınmaması barədə də danışıb:

“Alınmadı. Çəkdiyim əziyyətlər mənə yaxşı mahnılar qazandırdı, şəhanə sevginin nə olduğunu bildirdi. Hansı müğənni qadın istəməz ki, onun həyat yoldaşı, başının sahibi olsun? Bəxtim orada gətirdi ki, yaxşı ailənin övladı oldum. Bunlar şərtdir. Bacılarım, qardaşlarım məni danlayır, mühakimə edirdilər. Bugünədək beynimdə qalıb. Bununla barışdım. Ona görə ki, özüm də hiss etdim ki, məndən yaxşı ailə xanımı olmaz. Həssasam, daha çox hisslərimlə və qəlbimlə yaşayıram. Sırf ağlı ilə yaşayan insanlar planlı olurlar”.

N.Qasımova bildirib ki, bəzi sənətçilər ona biganə yanaşır:

“Adımı çəkməyə qorxurlar. Desinlər ki, pis oxuyur. Adam axtarıram ki, onlarla polemikaya girim. Tanınmış şəxslərdən biri məni görəndə “Nisə xanım, sizdən yoxdur” deyirdi. İndi yanımdan elə ötmək istəyir ki, guya, bu, böyük sənətkardır. Adama ağır gəlir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...