Nərimanov rayonunda hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib - FOTOLAR
06oktyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müaviniŞahmar İbadov hərbi xidmətə yeni çağırılmış gənclərə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Ş.İbadov əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirmiş, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.
Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov,Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov və aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev dövlətimizin hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıblar.
Diqqətə çatdırıblar ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Sonra valideynlər adından MəmmədəliBabayev ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə ediblər.
Görüşdə iştirak edən hərbi xidmətə çağırılmış gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hər zaman hazır olduqlarını bildirdilər.
Sonda hərbi xidmətə yolasalınan gənclərə hədiyyələr təqdim edilmişdir.
1017 dəfə oxundu