Müharibəni dayandırmaq üçün Rusiyadan ŞOK TƏLƏB
Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar davam edir və hazırda iki əsas məsələ qalır.
Musavat.com xəbər verir ki, bu barədə "RBC-Ukrayna" ABŞ-ın vitse-prezidenti Cey Di Vensə istinadən məlumat yayıb.
Vens bildirib ki, danışıqlarda məsələlərin dairəsini əsas problemlərə qədər daraltmaq mümkün olub:
"Onlardan biri ərazi ilə bağlıdır. Ruslar hələ hərbi güclə ələ keçirmədikləri təxminən 6 min kvadrat kilometr əraziyə sahib olmaq istəyirlər. Digər tərəfdən, ukraynalılar ya avropalılardan, ya da başqalarından təhlükəsizlik zəmanəti istəyirlər".
ABŞ vitse-prezidenti əlavə edib ki, ukraynalılar əmin olmaq istəyirlər ki, əgər müqavilə bağlanarsa, ruslar bir neçə ay və ya ildən sonra geri qayıtmayacaq və daha çox tələblər irəli sürməyəcək:
"Beləliklə, sadəcə bu iki əsas problemi müəyyən etməklə inanılmaz irəliləyiş əldə etdik. Söhbət doğrudan da ruslar və ukraynalıların ABŞ prezidenti Donald Trampın açdığı sülh qapılarından keçib-keçməyəcəyidir".
Vens həmçinin bildirib ki, komanda bu məsələlər üzərində işləməyə davam edir:
"Mən bu gün xüsusi elçi Stiv Uitkoffla danışdım. Biz sadəcə bunun üzərində işləməyə davam edəcəyik və inanıram ki, nəhayət sülh yolu ilə həll əldə olunacaq".
Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla Alyaskada görüş zamanı Ukraynaya qarşı müharibənin dayandırılması üçün bir sıra tələblər irəli sürüb. Bu tələblər təkcə ərazi güzəştlərini əhatə etmir.
"Reuters" bildirir ki, Rusiya işğal olunmuş Ukrayna ərazilərinin bir qismini, xüsusən Xarkov və Sumi vilayətlərini geri çəkə bilər, lakin Moskva iddia edir ki, Ukrayna Şərqdə, xüsusilə Donetsk vilayətində, Rusiya tərəfindən ələ keçirilə bilməyən torpaqlarını verməlidir.
Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski Trampla danışıqlar zamanı mümkün ərazi mübadiləsi ideyasını tamamilə rədd etməyib. Lakin o vurğulayıb ki, Ukrayna xalqının mövqeyi nəzərə alınmadan belə qərarlar qəbul edilə bilməz.
Zelenski hazırda cəbhədə vəziyyətin çətin olduğunu qeyd edib, amma bildirib ki, bu, Moskvanın təqdim etdiyi qədər faciəli deyil. Onun sözlərinə görə, Kremlin diqqəti artıq müharibəni necə bitirmək üzərindədir, lakin Moskva öz “qələbəsini” təmin etməyə çalışır.
45 dəfə oxundu