“Yüksək maaş alan da, az maaş alan da küçələrdədir…” – ACI REALLIQ
“Minimum əmək haqqı hazırda 400 manatdır. Orta əmək haqqı isə bu il 1000 manatdan bir qədər yuxarıdır. Bu o deməkdir ki, minimum əmək haqqı orta əmək haqqının 40 faizindən də aşağıdır. Bu, çox aşağı göstəricidir. Azərbaycanın inkişaf dinamikası ilə də uyğun gəlmir”.
Bu fikirlər iqtisadçı Fuad İbrahimova aiddir. Ekspert “Yeni Sabah”a açıqlamasında məsələni belə şərh edib:
“Avropada maaş sistemi daha balanslıdır, mühit də fərqlidir. Avropanın bəzi iqtisadi cəhətdən zəif ölkələrində belə vəziyyət fərqlidir. Hətta bir çox yerlərdə şənbə və bazar günləri insanlar işləmir, apteklər, mağazalar bağlı olur, çünki əmək haqqı onların həyatını təmin edir. Bizdə isə əksinədir – yüksək maaş alan da, az maaş alan da küçələrdədir, əlavə qazanc dalınca qaçır. Hazırda Azərbaycanda vəziyyət belədir ki, hər kəs – nazirdən tutmuş şagirdə qədər – əlavə məşğuliyyət axtarır. Təhsil zəifdir, uşaq məktəbdən gəlir, hazırlığa gedir. Minimum əmək haqqının aşağı olmasının əsas səbəblərindən biri də iş yerlərinin yetərincə olmamasıdır. pizza
Məsələn, İsmayıllıda velosiped zavodu, Sumqayıtda sənaye parklarında müxtəlif müəssisələr açıldı. Açılışlarda prezident iştirak edir, maliyyə dəstəyi verilir, vergidən azadolma tətbiq olunur. Amma 6-7 aydan sonra zavod fəaliyyətini dayandırır. Sual yaranır: niyə? Texniki-iqtisadi əsaslandırmanı kim hazırlayıb? Əgər müəssisə işləməyəcəksə, niyə açılır?”
Müsahibimiz onu da vurğulayıb ki, bu gün Ermənistanda və Gürcüstanda orta əmək haqqı dollar ifadəsində Azərbaycandan yüksəkdir:
“Halbuki, bizim təbii resurslarımız, imkanlarımız daha çoxdur. Deməli, idarəetmədə problem var. Hazırda bir işin dəyəri 1200–1300 manatdırsa, biz onu üç nəfərə bölüb hərəsinə 400 manat veririk. Halbuki, bir nəfərin işinə həmin məbləğ ödənilməlidir. Minimum əmək haqqı, ən azı, orta əmək haqqının 60–65 faizini təşkil etməlidir. Yəni, orta əmək haqqı 1000 manatdırsa, minimum əmək haqqı 600–650 manat olmalıdır. Bu da böyük rəqəm deyil, sadəcə insanın normal yaşayışı üçün minimal tələbdir. Bunu həyata keçirmək mümkündür. Sadəcə olaraq, dövlət nəzarəti gücləndirilməli, müəssisələrin real işləməsi təmin olunmalıdır. Zavod dediyimiz yerdə 100–200 nəfər işləməlidir, 20 nəfərlə bu müəssisəyə zavod demək olmaz. Əks halda, statistik məlumatlarda zavodların sayı göstərilsə də, məhsul istehsalında çəkisi görünmür.
Beləliklə, əsas problem əmək bazarının qeyri-effektivliyi, müəssisələrin tam gücü ilə işləməməsi və minimum əmək haqqının real tələbatı ödəməməsidir”.
46 dəfə oxundu