Hava Limanından taksilərlə bağlı - Açıqlama
Xəbər verdiyimiz kimi, Bakı aeroportundan şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulması ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə yüksəksəviyyəli xidmət göstərmək və onların rahatlığını təmin etməkdir: “Bir çox ölkələrdə olduğu kimi, hava limanı da ölkəyə daxil olan qonaqlarda ilk təəssürat yaradan əsas məkandır. Lakin bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki hələ də oxşar hallarla rastlaşırıq.
Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.
Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. Bütün rəsmi taksi operatorlarını xidmət keyfiyyətini artırmağa və sərnişin məmnuniyyətini təmin etməyə çağırırıq”.
74 dəfə oxundu