Çin Azərbaycanda elektrik avtobusların istehsalına başlayır

Çin Azərbaycanda elektrik avtobusların istehsalına başlayır
Yaxın vaxtlarda 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyasının tikintisinə rəsmən start veriləcək.

Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaxın gələcəkdə elektrik avtobuslarının istehsalına başlanılacaq: “Azərbaycanda ən böyük külək enerjisi layihəsi olan 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının tikintisi layihəsi uğurla həyata keçirilir. Onun tikintisində Çin şirkəti də iştirak edir. Çinin sərmayə qoyduğu hərracdan sonra Azərbaycanda ilk bərpa olunan enerji layihəsi olan 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi yaxın vaxtlarda rəsmən başlayacaq. Hər iki tərəfin səyləri nəticəsində Azərbaycanda yaxın gələcəkdə elektrik avtobuslarının istehsalına başlanılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...