İsrail Yəmənin paytaxtına zərbələr endirdi: ölənlər var

İsrail Yəmənin paytaxtına zərbələr endirdi:
İsrail Hərbi Hava Qüvvələri Yəmənin şimalında Əl-Jauf vilayətininin Əl-Həzm bölgəsində husilərin hökumət kompleksinə zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə “Saba” agentliyi məlumat yayıb.

***

İsrail aviasiyası Yəmənin paytaxtı Sənada üsyançı husilərin nəzarətində olan bir neçə məntəqəyə hücum edib.

Zərbələrin əsas hədəfi Müdafiə Nazirliyi və üsyançıların Baş Qərargahı olub.

***

İsrailin paytaxt Səna və Əl-Jauf vilayətinə zərbələr endirməsi nəticəsində 9 nəfər ölüb, azı 118 nəfər yaralanıb.

Bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

İsrailin paytaxt Sənada və Əl-Jauf əyalətində husilərin hədəflərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 35-ə çatıb, 131 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...