Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək - Proqnozlar Bürosu

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək -

“Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.

Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...