Bakının və Gəncənin bəzi hissələrində qaz yoxdur
Bakının Binəqədi rayonunun və Gəncə şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Virtualaz.org "Azəriqaz" İstehsalat Birliyinə istinadən bildirir ki, Binəqədi rayonu, Binəqədi şosesində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mənbəyə qoşulması və "Gəncə" Qaz Paylayıcı Stansiyasının yenidən qurulması məqsədilə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar, avqustun 29-da saat 09:00-dan Binəqədi rayonunun, 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri, Xutor qəsəbələrinin və Motodrom adlanan ərazinin, həmçinin Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb. Bu fasilələr işlər yekunlaşanadək davam edəcək.
Aparılan təmir işlərinin Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir
950 dəfə oxundu