Qiyamçı generalın evindən məxfi sənədlər çıxıb

Qiyamçı generalın evindən məxfi sənədlər çıxıb


15 iyul hərbi çevrilişə cəhdin aparıcı simalarından olan ordu generalı Akın Öztürklə bağlı yeni faktlar ortaya çıxıb

Axar.az xəbər verir ki, qiyamçı generalın qonşusu M.S. adlı şəxs Akın Öztürkün dəfələrlə hakim, prokuror və yüksək rütbəli zabitlərlə görüşlər keçirdiyini bildirib.

O, generalın 4 mərtəbəli evdə polis rəisləri ilə tez-tez görüşdüyünü və bu evdə əhəmiyyətli sənədlərin olacağını deyib.

Qonşusunun ifadəsindən sonra polis Akın Öztürkün NATO Komandanlığından 2 kilometr aralıda yerləşən evində axtarışlara başlayıb və məxfi sənədlər ələ keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...