Serbiyada hökuməti zorla ələ keçirmək cəhdinin qarşısı alındı
Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin dəstəyi və Belqrad Ali Prokurorluğunun tapşırığı ilə konstitusiya quruluşunun zorakılıqla devrilməsini hazırlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqın məlumatına görə, iyunun 21-də təqsirləndirilənlər Kralyevo şəhərindəki oteldə görüşüb və Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planını müzakirə ediblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar odlu silahdan istifadə etməklə dövlət qurumlarının nümayəndələrinə basqın etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, dövlət binalarına, digər dövlət qurumlarına, o cümlədən Serbiyanın Radio və Televiziyasının (RTS), “Happy” telekanalının və “İnformer” portalının redaksiyalarına girmək niyyətində olublar.
Şübhəlilərdən birinin avtomobilinə baxış zamanı seriya nömrəsi silinmiş tapança, içərisində 7 ədəd patron olan maqazin və 25 ədəd əlavə patron olan qutu aşkar edilib. Onun barəsində həmçinin qanunsuz silah və partlayıcı maddələrin saxlanması və daşınması işi açılıb. Saxlanılan digər şəxsdən isə arbalet götürülüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslər 48 saata qədər həbsdə saxlanılacaq, bundan sonra onlar müvafiq ittihamlarla prokurorluğa aparılacaqlar. Axtarışlar Serbiyanın bir neçə yerində aparılır.
Xatırladaq ki, bundan əvvəl ölkə başçısı Aleksandar Vucic təxribat və zorakılıq riski barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, etirazların arxasında kənardan koordinasiya edilən tələbə və qərbyönlü təşkilatlar, o cümlədən Kosovo və Metoxiyadakı serblərə təzyiq göstərən strukturlar dayanır.
51 dəfə oxundu