İranli siyasətçi Rusiyanın ölkəsinə S-400-ləri satmamasından şikayətlənibİranli siyasətçi Rusiyanın ölkəsinə S-400-ləri satmamasından şikayətlənib

İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri Rusiyanı tənqid edib.

APA xəbər verir ki, Mütəhhəri özünün “X” hesabında Rusiyanın İrana S-400 sistemlərinin satmamasından şikayətlənib.

“Rusiya Türkiyə və Səudiyyə Ərəbistanına S-400 havadan müdafiə sistemlərini verib. Amma Ukrayna ilə müharibədə ona dron yardımı edən İrana bu sistemləri vermir. Çünki,sözügedən sistemlər İsrailə qarşı istifadə oluna bilər. Cənab Putinin haqqında dəm vurduğu İranla strateji əməkdaşlıq bax bu cürdür”, - Mütəhhəri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...