Qarabağa getmək istəyənlərə BƏD XƏBƏR

Qarabağa getmək istəyənlərə
Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa" portalında 9 istiqamətdə - Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına hərəkət etmək üçün icazə verilməyəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...