"Axırda bir fəhlə tapıb onu cəzalandıracaqlar" — Elçin Şıxlı

"Axırda bir fəhlə tapıb onu cəzalandıracaqlar" —
"Hadisə böyük və dəhşətli faciədir. Belə bir hadisəyə görə istənilən xarici ölkədə araşdırma aparılardı, səbəbkarlar məsuliyyətə cəlb olunardı. Bizdə belə bir şeyin olacağını gözləmirəm".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib:

O bildirib ki, olsa da, hər hansı bir fəhləni tapıb cəzalandıracaqlar ki, külüngü düzgün vurmayıb:

"Əslində həmin kollektorun düzəldilməsi, qurulması zamanı ona ayrılan vəsaitin "yeyilməsi" faktları ortaya çıxar. Bu cür səhlankarlıq edənlər bir dəfəlik cəzalandırılmasa hadisələr baş verməyə davam edəcək".

Qeyd edək ki, bir neçə gün öncə 27 yaşlı gənc yolun çökməsi nəticəsində həyatını itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...