Mirzoyan Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb

Mirzoyan Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun ölkəsi ilə bağlı fikirlərinə operativ reaksiya verib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, o, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla İrəvanda keçirdiyi mətbuat konfransında Lavrovun məlumatlarının "natamam və yanlış" olduğunu bildirib.

“Cənab Lavrovun nəzərdə tutduğu məsələ ehtimal ki, bəzi kilsə xadimlərinin Ermənistandakı siyasi proseslərə cəlb edilməsi və müdaxiləsinə aiddir və hüquq-mühafizə orqanlarının versiyasına görə, söhbət çevrilişə cəhddən gedir. Bu, hüquqi prosesdir və Ermənistanın daxili işidir. Cənab Lavrovun Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaması daha yaxşıdır”.

Qeyd edək ki, Lavrov bildirib ki, Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...