Bir məktəbdən 27 məzun 600-dən çox bal yığdı FOTO

Bir məktəbdən 27 məzun 600-dən çox bal yığdı


Sumqayıt şəhərində Təbiət Elmləri Təmayüllü Gimnaziya bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Belə ki, məktəbin xeyli sayda məzunu 600-dən yuxarı bal toplayıb.

Gundeminfo.az azvision.az-a istinadən xəbər verir ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov bildirib ki, bu il məktəbi bitirən 42 şagirddən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Direktor qeyd edib ki, 600-dən çox bal toplayan 27 şagirdin 10 nəfəri bir sinifdə, 17 nəfəri isə digər bir sinifdə oxuyublar: "Son 8 ildir ki, bizim məktəb böyük uğurlara imza atır. Bu il ən yüksək nəticəmiz 690 bal oldu. Amma bizim istəyimiz tam alınmadı. Məzunlarımızdan 700 bal gözləyirdik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
731 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...