“Ağılları başlarına gəlməsə, bayrağımız İrəvanda dalğalanacaq”

“Ağılları başlarına gəlməsə, bayrağımız İrəvanda dalğalanacaq”


“Son hadisələr göstərdi ki, dondurulmuş münaqişələr daimi sülh deyil. Beynəlxalq təşkilatlar artıq bunu başa düşməlidir”

APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Ermənistan Dağlıq Qarabağdan əhalinin qaçmaması, Azərbaycan isə ətraf rayonlardan əhalinin cəbhə bölgəsinə axışmaması üçün post qurub: “Gənclərimiz dövlət başçısına müraciət edirdi ki, döyüşlərdə iştirak etməyə hazırdırlar”.

Komitə sədri bildirib ki, Ermənistan Dağlıq Qarabağdakı erməniləri inandırmağa çalışıb ki, Azərbaycan Ordusu döyüşə başlasa, hansısa dövlətlərin ordusu köməyə gələcək: “Ancaq Azərbaycan Ordusunun bir həmləsi bu fikirlərin əsassız olduğun göstərir. Azərbaycan öz torpaqlarında, öz torpaqları uğrunda döyüşür. Avropa Şurası Parlament Assambleyasının prezidenti, bir çox dövlət başçısı Azərbaycanın haqq işinə dəstəklərini açıqladı. Azərbaycan prezidentinin apardığı siyasət nəticəsini verəcək. Dövlət başçısı bəyan edir ki, Göyçə, Zəngəzur da Azərbaycanın tarixi torpaqlarıdır. Əgər onların ağılları başlarına gəlməsə, Azərbaycan bayrağı İrəvanda dalğalanacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...