“Döyüşlər davam edir, düşmən ciddi itkilər verib” Müdafiə Nazirliyi

“Döyüşlər davam edir, düşmən ciddi itkilər verib”


Azərbaycan Müdafiə Nazirliyi təmas xətti boyu bu gün səhər saatlarından başlayan irimiqyaslı hərbi əməliyyatların gedişi barədə növbəti məlumatı yayıb.

Məlumatda deyilir: “Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.”

* * *10:44

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin ermənilər tərəfindən vurulması barədə Ermənistan mətbuatında yazılanlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA-ya açıqlamasında bildirib ki, bu barədə yayılan məlumatlar kökündən yalandır: “Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya dəstələri tam heyətdə yerindədir”

Qeyd edək ki, ermənilər Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə məlumat yayıb. Habelə Ermənistan Müdafiə Nazirliyinin bir-birinin ardınca yayılan bəyanatlarında deyilir ki, Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçib. Hələlik Azərbaycan tərəfi bu xəbərlərə münasibət bildirmir.

APA isə bildirir ki, erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb. Xəbərə görə ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...