Heydər Əliyev Mərkəzinin memarı öldü
Ərəb əsilli britaniyalı memar Zaha Məhəmməd Hadid 65 yaşında Mayamidə ürək tutmasından vəfat edib. Musavat.com xəbər verir ki, məlumatı “The Guardian” yayıb.
Məlumata görə, Zaha Hadid bronxitdən müalicə kursu keçirmiş
Qeyd edək ki, Zaha Hadid bir sıra aktual layihələrin müəllifidir. Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsi də ona məxsusdur.
Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Hal-hazırda Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professordur.
Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir. 2002-ci ildə Hadid Sinqapurun şimali baş planını layihələşdirmək üçün beynəlxalq layihə yarışını uddu. 2005-ci ildə, onun layihəsi Bazelin, İsveçrənin yeni şəhər kazinoları üçün yarışın qalibi oldu. 2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar oldu. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini alıb..
1088 dəfə oxundu