“Azərbaycanda qadın mollalar attestasiyadan keçərək lisenziya ala biləcəklər”

“Azərbaycanda qadın mollalar attestasiyadan keçərək lisenziya ala biləcəklər”

“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə dövlət qeydiyyatından keçmiş 5 dini icma mövcuddur ki, onların rəhbərləri və üzvləri qadınlardır. Onlar öz bölgələrində maarifçılik və xeyriyyə işləri aparırlar, dini maarifləndirmə sahəsində müəyyən uğurlara malikdirlər və fəaliyyətləri QMİ tərəfindən tənzimlənir”. Bunu virtualaz.org saytına açıqlamasında QMİ-nin sədr müavini Qəmər Cavadlı bildirib.

Bir sıra dini icmaların tərkibində qadınların təmsil olunduğunu deyən QMİ rəsmisinin sözlərinə görə, onların statistikası dəyişkəndir və heç də o demək deyil ki, o qadınların hamısı mollalıq fəaliyyəti ilə məşğuldur. Dini icmaya mənsub insanların, o cümlədən qadınların iş sahəsi müxtəlif ola bilər. “Ayrıca Bakıda rəsmən fəaliyyət göstərən "Şəbnəm" qızlar mədrəsəsində, Bakı İslam Universitetində və BDU-nun İlahiyyat fakültəsində yüksək təhsilli ilahiyyatçı qızlarımız, hətta Quranı əzbər bilən hafizlər yetişib. Onların bir qismi tələbat və istəkləri olduğu təqdirdə el məclislərində iştirak edə bilərlər və mən əminəm ki, bu işi daha peşəkar şəkildə icra edərlər”.

Q.Cavadlı həmçinin bildirib ki, heç bir nəzarətə və statistikaya uyğunlaşmayan, "el mollası" kimi yetişmiş, məclislərdə "püxtələşmiş" ala-yarımçıq dini savada malik mollabacılar da vardır ki, bunlara rəsmi rəy vermək qeyri-mümkündür. “Yas məclisi - el məclisidir. El məclisində elin tanıdığı, bəyəndiyi, seçdiyi adam mollalıq edər. Onun üzərində nəzarəti də el özü, istəsə, edə bilər. Başqa şəkildə nəzarət yalnız anlaşılmazlığa və narazılığa səbəb olar”.

Q.Cavadlı həmçinin bildirib ki, qadın mollaların attestasiyadan keçirilərək lisenziya alması və təkmilləşdirmə kurslarına cəlb edilməsi məsələsi perspektivdə nəzərdə tutulur, ideya gerçəkləşəndə ətraflı məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
991 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...