Gözləri kordur, körpə uşağı var, evi uçur, ona yardım edək

Gözləri kordur, körpə uşağı var, evi uçur,


Ucar rayon Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu tərəfindən

M Ü R A C İ Ə T

Sizə bildirirəm ki, iki gözüm görmür və həyat yoldaşının hesabına gəzə bilirəm.Hazırda yoxsulluq həddindən də pis vəziyyətdə yaşayırıq.Quru çörəyə belə həsrətik.Pensiya kartımı sələmiyə götürdüyüm pula görə bir ildir ki, girov qoymuşam.3 yaşlı övladım İsmayılı ilan vurdu dyə onun ölməməsi üçün müalicə üçün sələmiyə götürdüyüm pula görə düz bir ildir ki, pensiya kartım sələmiçidədir.Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. Ailəliyəm, iki övladım var idi. Övladımın biri balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü. Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə, körpə uşağım tələf oldu. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, ailəmin az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür.Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova, həmyerlim olan vəzifəli şəxslərə dəfələrlə müraciətlər etsəmdə heç bir köməklik etmədilər.Ancaq bir neçə gün öncə müğənni Ədalət Şükürovun televizorda çıxışına baxdım ona görə də ona mətbuat vasitəsi ilə müraciət etməyi qərara aldım.Dəyərli insan Ədalət Şükürov varlı məmurlardan mənim kimi yoxsul kor insana heç bir haray yoxdur sizdən xahiş edirəm bizim ailəyə maddi köməklik göstərəsiniz.Ömürümüz boyu sizə minnətdar olarıq.Allah sizi qorusun.
Əlaqə telefonumuz; 051 808-14-47
Yardım etmək istəyənlər üçün:

Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi
Kod; 805807
Vöen; 9900001881
Swift kodu: İ B A Z A Z 2x
Müştəri: Qədirov Rafiq İsrayıl oğlu
Müxbir hesabı: AZ 03NABZ01350100000000002944


Gözləri kordur, körpə uşağı var, evi uçur,
Gözləri kordur, körpə uşağı var, evi uçur,



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1189 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...