Nərimanovda Xocalıya həsr olunan anım mərasimi FOTOLAR

Nərimanovda Xocalıya həsr olunan anım mərasimi


Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

GUNDEMİNFO.AZ xəbər verir ki, əvvəlcə, vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.

Çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov erməni qəsbkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən müsibətləri diqqətə çatdırıb. Xocalıdan olan məcburi köçkün, şəhid ailəsi Mehriban Əliyeva çıxışında Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib. Anım mərasimi Odlar Yurdu Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən “Süsən sünbül” tamaşasının nümayişi ilə davam etdirilib.


Nərimanovda Xocalıya həsr olunan anım mərasimi
Nərimanovda Xocalıya həsr olunan anım mərasimi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...