Sabiq bankir "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsinin rəhbərliyinə gətirilib

Sabiq bankir "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsinin rəhbərliyinə gətirilib


"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Express" MMC-yə yeni rəhbər təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu vəzifə Azad Qasımov gətirilib. O, bu ilin fevralın əvvəlindən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, yeni təyinata qədər A. Qasımov "Karvan Logistics" MMC-nin direktoru, daha öncə isə "Unibank" ASC-nin İdarə Heyətinin üzvü olub.

Xatırladaq ki, "ADY Express" MMC "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı proqramı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya və əks istiqamətdə yük daşımalarının artırılması istiqamətində layihənin logistik operatoru qismində çıxış edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...