“Təhsilim də var, diplomum da, sertifikatlarım da, amma heç kim iş vermir...” – Birinci qrup əlil
Mingəçevir şəhər sakini, birinci qrup əlil Aysel Cəfərova iş tapmaqda çətinlik çəkir.
Yeniavaz.com-a danışan A. Cəfərova bildirir ki, anadangəlmə ayaqları iflicdir, lakin buna baxmayaraq əzmlə bir çox şey bacarıb, təhsil alıb:
“1998-ci il 3 may tarixində Mingəçevir şəhərində anadan olmuşam. Anadangəlmə I qrup əliləm. Hərəkətimi əlil arabası ilə təmin edirəm. 2021-ci ildə Mingəçevir Turizm Kollecinə Mühasibat uçotu ixtisası üzrə daxil olmuşam. 3 il əyani təhsil aldıqdan sonra bu il Mingəçevir Dövlət Universitetinə qəbul olmuşam. İqtisadiyyat ixtisası üzrə qiyabi təhsil alacağam. Təhsil aldığım müddətdə müxtəlif qurumlarda könüllü fəaliyyət göstərmişəm. Məsələn, Mingəçevir regional “ASAN xidmət” mərkəzində müxtəlif vaxtlarda ümumilikdə 5 ay təcrübə keçmişəm. Həmçinin Mingəçevir Gənclər Evinin təşəbbüsü ilə həyata keçirilən təlim və tədbirlərdə iştirak etmişəm, sertifikat və diplomlar almışam. 5 aylıq kompüter kursunu fərqlənmə diplomu ilə başa vurmuşam”.
Mingəçevir şəhər sakini bildirir ki, həm öyrəndiklərini tətbiq etmək, həm də cəmiyyətə inteqrasiya olunmaq üçün işləmək, iş axtarmaq qərarına gəlb, lakin bu arzusu hələ ki, ürəyində qalıb:
“Hal-hazırda iş axtarıram. Düşünürəm ki, əlilliyi olan şəxslər cəmiyyətə inteqrasiya olunmalıdırlar. Mən Mingəçevir şəhərində müxtəlif dövlət qurumlarına, o cümlədən Məşğulluq Mərkəzinə iş üçün müraciət etmişəm. Lakin mənə iş verməyiblər. Düşünürəm ki, bu mənim əlilliyimin olması ilə bağlıdır.
Əvvəllər fikirləşirdim ki, bəlkə də mənim şəxsi keyfiyyətlərim, biliyim, bacarıqlarım iş üçün kifayət deyil. Lakin bu yaxınlarda CV-də əlilliyimi qeyd etmədən Mingəçevirdə fəaliyyət göstərən şirkətlərdən birinin açdığı mənə uyğun vakansiyaya iş üçün sorğu göndərdim. Bir saat sonra mənə zəng vurdular və işə uyğun olduğumu, işləyə biləcəyimi dedilər. Mən əlilliyimlə bağlı vəziyyəti izah etdikdən sonra bildirdilər ki, biz əlilliyi olan şəxsləri işə götürə bilmərik.
Mən heç kimdən əlilliyim olduğu üçün mənə iş verməsini istəmirəm. Mən əziyyətimin, oxuduqlarımın hədər getməsini istəmirəm. Biliyimə, savadıma görə qiymətləndirilmək istəyirəm. Yüksək əmək haqqı tələb etmirəm. Demirəm ki, mənə 1000-1500 manat maaş versinlər. Sadəcə cəmiyyətə inteqrasiya olmaq istəyirəm. Evə qapalı həyat yaşamaq istəmirəm”
Aysel Cəfərova deyir ki, fiziki qüsurlu insanların iri şəhərlərdə sərbəst hərəkət etməsi üçün uyğun şəraitin yaradılmaması onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir. O, yaxın gələcəkdə bu kimi problemlərin aradan qaldırılmasını istəyir.
Mingəçevir Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iş axtaran vətəndaşların uçotunun aparılması və onların münasib işlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə həvalə olunub:
“Təkrarən vurğulayırıq ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaş işlə təmin olunmaq üçün müvafiq ərazi üzrə Dövlət Məşğulluq Agentliyinin filialına müraciət etməli, burada, onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi və səhhəti nəzərə alınmaqla növbəlilik əsasında işlə təminatı məsələsinə baxılmalıdır. Dövlət qulluğuna qəbul olunmaq üçün isə ali təhsil diplomlu hər bir vətəndaş, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən imtahan və müsahibələrdə iştirak etməlidir”.
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının şəhərdə yerləşən Xidmət Şöbəsindən Yeniavaz.com-a verilən məlumatda isə qeyd olunub ki, Cəfərova Aysel Mübariz qızı 21 avqust 2024-cü il tarixdən işsiz kimi qeydiyyatdadır:
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 10.09.2024-cü il tarixdə saat 11:00-da Mingəçevir şəhər Nəriman Nərimanov 22 A ünvanında (Dostluq parkı, Gənclər evinin qarşısı) 22 müəssisə, 160 vakansiya olmaqla əmək yarmarkası təşkil olunacaqdır. Əmək yarmarkasında iştirak edərək vakant yerlərə müraciət etmək mümkündür”.
Esmira Hidayətova, Mingəçevir
200 dəfə oxundu