ÜST meymunçiçəyinə qarşı peyvənd olmağa çağırdı

ÜST meymunçiçəyinə qarşı peyvənd olmağa çağırdı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinə qarşı peyvənd olmağa çağırıb.

Yeniavaz.com “NTV Haber”ə istinadla xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Marqaret Harris bildirib.

Virusun sürətlə yayılmasının dünya gündəmində olduğunu qeyd edən Harris virusun “Klad 1” və “Klad 2” olmaqla iki genetik növü olduğunu bildirib.
Harris virusun keçən il ortaya çıxan yeni “Klad 1b” növünün daha təhlükəli olduğunu vurğulayıb.
““Klad 1b”bizim ehtityat etdiyimiz tipdir, çünki çox tez yayılır və xüsusilə uşaqlar arasında ölüm nisbəti çox yüksəkdir”, - Harris qeyd edib.
Əsas problemin virusun çox sürətlə yayılması olduğunu ifadə edən Harris, bu il xəstəliklə bağlı 2023-cü ildəkindən daha çox hadisənin qeydə alındığını bildirib.
Çiçək və HİV-ə yoluxanların meymunçiçəyi virusuna daha çox yoluxduğunu bildirən Harris onların ölüm riskinin daha yüksək olduğunu qeyd edib.
Meymun çiçəyi virusunun spesifik müalicəsinin olmadığını qeyd edən Harris, virusa qalib gələ biləcək antiviral dərmanın olmadığını, lakin simptomatik müalicənin təsirli olduğunu bildirib.

Digər tərəfdən, ÜST sözçüsü çiçək xəstəliyinə qarşı hazırlanmış vaksinlərin meymun xəstəliyinə qarşı təsirli olduğunu bildirib.
“Hələ ki, epidemiya ilə bağlı geniş karantinə ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və pandemiyaya çevrilməsini də istəmirik”, - Harris əlavə edib.

Qeyd edək ki, ÜST-nin məlumatına görə, “Mpox” virusu “meymunpox” virusunun yaratdığı viral xəstəlikdir. Xəstəliyin ümumi simptomları yüksək hərarət, baş, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, yorğunluq, üşümə, titrəmə və dəridə suçiçəyi kimi qabarcıqlardır. Siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və buna bənzər əşyalardan istifadə etmək infeksiyanın ən mühüm səbəblərindəndir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə meymun çiçəyi virusunun yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. ÜST-nin son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 min 264 yoluxma, 36 ölüm qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...