Yoxa çıxan AzerSky1 peykimizi hazırlayan Fransa şirkəti bizdən “küsübmü”?
Ötən gün, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın ən nəhəng texnoloji tədbirlərindən olan Beynəlxalq Astronavtika Konqresinə hazırlıqla bağlı brifinqdə maraqlı bir məqam diqqətimi cəlb etdi.
Təşkilatçılar artıq idarəetmədən itmiş AzerSky1 peykimizi hazırlayan Fransanın “AirBus Defence and Space ” şirkətinin hələlik Konqresdə iştirak üçün qeydiyyatdan keçmədiyini diqqətə çatdırdılar.
Hansı ki, Fransanın digər kosmoşla əlaqəli şirkətləri artıq qatılacaqları təsdiqləyiblər.
Xatırladıram ki, nəzərdə tutulandan bir il öncə qəflətən əlaqə kəsilən AzerSky1-in istehsalı üçün bu Fransa şirkətinə Azərkosmos 157 milyon evro vəsait ödəmişdi.
Artıq gələcək əməkdaşlıq perspektivini görməyən bu Fransa şirkəti müqavilə öhdəliklərini bitirəndən sonra Bakıdakı ofisini də bir müddət öncə bağlamışdı.
Azərbaycanın yeni müşahidə peykini, AzerSky2-ni hazırlayacaq və orbitə qaldıracaq şirkətlərlə Konqres çərçivəsində hansısa müqavilələrin bağlanacağı məsələsə isə brifinqdə konkret bir cavab almaq mümkün olmadı.
Xatırladıram ki, Azərkosmos bu istiqamətdə danışıqlar getdiyini bildirsə də, AzerSky2-nin istehsalçısının İsrailin “İsrael Aerospace Industries” şirkəti, raketdaşıyıcısının isə İlon Maskın SpaceX şirkəti ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti
448 dəfə oxundu