Azərbaycanda şəkər çuğundurunun alış qiyməti artırıldı

Azərbaycanda şəkər çuğundurunun alış qiyməti artırıldı
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC (İmişli Şəkər Zavodu) məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırılması barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2023/2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb.
Bununla da şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 % şəkərliliklə 65 manatdan 69 manata, 13 % şəkərliliklə 68 manatdan 72 manata, 14 % şəkərliliklə 73 manatdan 77 manata, 15% şəkərliliklə 77 manatdan 81 manata və 16% şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...