Nazirlik: "Şəhid və müharibə əlillərinin 2 465 övladının təhsil xərcləri dövlət tərəfindən ödənilir"

Nazirlik: "Şəhid və müharibə əlillərinin 2 465 övladının təhsil xərcləri dövlət tərəfindən ödənilir"
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan 2 465 övladının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 1863 nəfər ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alır.

577 nəfər isə orta ixtisas təhsili müəssisələrində ödənişli oxuyur.

"Peşə təhsili müəssisələrində təhsil alanlar isə 25 nəfərdir", - nazirlikdən qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...