XİN-dən İlham İsmayıla CAVAB
Ermənsitanın yeni baş naziri Nikol Paşinyan mayın 9-na planlaşdırılan Qarabağ səfəri Azərbaycanın diqqətində olub. Paşinyanın dilindən səsləndirdiyi iddia olunan “Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib” açıqlaması isə Azərbaycanda adi vətəndaşlardan tutmuş rəsmilərə, xüsusilə Xarici İşlər Nazirliyinə qədər əks reaksiyalara səbəb oldu.
Halbuki, qısa vaxt ərzində bəlli oldu ki, Paşinyan belə fikirlər səsləndirməyib. Məlum fikirlərin müəllifi olan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında deyib ki, Paşinyan Qarabağa gələndə cəbhədə, ya da diplomatiyada ona qarşı nəsə bir silah istifadə etmək lazım idi.
"Ardınca XİN rəsmisi Hikmət Hacıyevin Paşinyanın çıxışına verdiyi cavabı oxudum. Cavab çox hərəkətsiz idi. Sanki sülh şəraitində yaşayırıq, ya da mənasız bir hadisə olubmuş təsiri bağışladı. BMT-nin qətnamələrini yada salıb. Buna çox əsəbləşdim. Paşinyanın gəlişi fonunda yaranan susqunluğu qorxaqlıq kimi qəbul etdim. Bu, məndə bir əsəb yaratdı. Yazdığım statusda istehza çox açıq görünür. Digər bir biabırçılıq ondadır ki, istehzaya Xarici İşlər Nazirinin müavini də münasibət bildirdi.”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlamasında İlham İsmayılın səsləndirdiyi fikirlərə bu cür münasibət bildirib.
“Fərdi şəxslərin fikirlərini şərh etmirik. Ölkəmizdə fikir plüralizmi və media azadlığı təmin olunub. Amma hər kəsi ictimaiyyəti çaşdıracaq, məsuliyyətsiz və qeyri-etik davranışdan kənar durmağa, dezinformasiya və saxta xəbər yaymamağa çağırırıq”.
1135 dəfə oxundu