Tramp onlarla ölkəyə qarşı yeni gömrük rüsumları tətbiq etdi - Ticarət savaşı

Tramp onlarla ölkəyə qarşı yeni gömrük rüsumları tətbiq etdi -

ABŞ Prezidenti Donald Tramp ticarət savaşının yeni mərhələsini başladaraq Yaponiya və Cənubi Koreya kimi əsas Asiya ixracatçıları ilə yanaşı, bir sıra az əhəmiyyətli tədarükçüləri də 1 avqustdan etibarən gömrük rüsumlarının əhəmiyyətli dərəcədə artırılması barədə xəbərdar edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

25%-lik idxal rüsumlarının tətbiqi barədə açıqlama Uol-Stritdə ciddi reaksiya doğurub və S\&P indeksində kəskin enişə səbəb olub, halbuki Asiya bazarları bu xəbəri nisbətən sakit qarşılayıb.

Trampın sözlərinə görə, ABŞ 1 avqustdan etibarən Qazaxıstan, Malayziya və Tunisdən gətirilən məhsullara 25%, Bosniya və Herseqovina ilə Cənubi Afrikadan – 30%, İndoneziyadan – 32%, Banqladeş və Serbiyadan – 35%, Kamboca və Tailanddan – 36%, Laos və Myanmadan idxala isə 40% gömrük rüsumu tətbiq edəcək.

Tramp bu barədə 14 ölkəyə məktublar göndərib. Məktublarda o, əlavə danışıqlara açıq olduğunu bildirsə də, eyni zamanda qarşılıqlı tədbirlərdən çəkinmələri üçün xəbərdarlıq edib:

"Əgər siz hər hansı səbəbdən öz rüsumlarınızı artırmaq qərarına gəlsəniz, seçdiyiniz hər bir əlavə bizim tətbiq etdiyimiz 25%-ə əlavə ediləcək”, – deyə Tramp Yaponiya və Cənubi Koreyaya ünvanladığı və Truth Social platformasında dərc olunan məktublarda bildirib.

"Reuters”ə danışan Avropa İttifaqı rəsmilərinin sözlərinə görə, Aİ bu barədə xəbərdarlıq məktubu almayacaq.

Artırılan rüsumlar 1 avqustdan qüvvəyə minəcək və öncədən elan edilmiş avtomobil, polad və alüminium kimi sahələrə tətbiq olunan tariflərlə cəmlənməyəcək.

Bu o deməkdir ki, məsələn, ABŞ-a idxal olunan yapon avtomobillərinə tətbiq edilən 25%-lik rüsum əvvəlki səviyyədə qalacaq və bəzi digər tariflərdə olduğu kimi 50%-ə yüksəlməyəcək.

Bununla belə, Tramp bazar ertəsi partnyor ölkələrə əlavə vaxt tanıyaraq, ticarət sazişlərinin imzalanması üçün son tarixi çərşənbə günündən 1 avqusta qədər uzadıb. Eyni zamanda bildirib ki, bu tarix yekun sayılmasına baxmayaraq, ABŞ administrasiyası tərəfdaşlardan gələn alternativ təklifləri dinləməyə və müzakirə etməyə hazırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...