Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini deyib

Pezeşkian İsrailin onu öldürməyə cəhd etdiyini deyib
İran Prezidenti Məsud Pezeşkian İsrail hakimiyyətinin ona qarşə sui-qəsd cəhdi etdyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
Pezeşkian Taker Karlsonun bu barədə sualına cavab olaraq, “Bəli, cəhd etdilər, amma uğursuz oldular”, - deyib.
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və ABŞ-nin əli olmayıb.
“Mən görüşdə idim, sonrakı addımları müzakirə etdik və casuslarının kəşfiyyat məlumatlarının köməyi ilə onlar (İsrail) bizim görüş keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”, - Pezeşkian deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...