Qaz və işıqla bağlı aylıq sabit tarif nə qədər olacaq? – Açıqlama
Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.
Gundem.info.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.
Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq:
“Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”.
43 dəfə oxundu