10 milyonluq idman avadanlıqları hardadır - nazirə sual var

10 milyonluq idman avadanlıqları hardadır -
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının və digər avadanlıqların satın alınması üzrə 11.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “ST MARK” QSC seçilib və tərəflər arasında 1.999.999,98 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 02.07.2025- ci ildə dərc edilib.

Qeyd edək ki, bu Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “ST MARK” QSC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “ST MARK” QSC arasında idman inventarının və digər avadanlıqların satın alınması üzrə 2.013.503,77 manat dəyərində bir müqavilə də 13.12.2024-cü ildə bağlanılıb.

Daha sonra atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satınalınması üzrə ümumi dəyəri 1 206 086 manat olan 3 müqavilə də 2022-2024-cü ildə bağlanılıb.

İdman inventarının və digər avadanlıqların satın alınması üzrə “ST MARK” QSC 1.999.999,95 manat dəyərində bir müqavilə də 22.12.2023-cü ildə bağlanılıb.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının satın alınması üzrə “ST MARK” QSC ilə ilk müqaviləni 07.12.2020-ci ildə bağlayıb. Bu müqavilənin dəyəri 3.000.000 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ST Mark” QSC 17 sentyabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A-da yerləşir. “ST Mark” şirkəti əvvəl MMC kimi fəaliyyət göstərib və hüquqi ünvanı Xətai rayonu, Xocalı, ev 55-də (AGA Center) yerləşib. QSC-nin qanuni təmsilçisi İsmayılov Fərxan Məmmədhüseyn oğludur.

Mediada yayılan məlumatlara görə Fərxan İsmayılov həm də “Fərxan” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 18 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Araşdırmalarımnız zamanı bəlli olub ki, Fərxan İsmayılov 2016-cı ildə daha bir şirkəti dövlət qeydiyyatından keçirib. Bu, “Veles” MMC-dir. Sonradan şirkət təşkilati hüquqi formasını dəyişərək, QSC-yə çevrilib. Eyni zamanda şirkətin qanuni təmsilçisi də dəyişib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “ST MARK” QSC arasında son beş ildə idman inventarının və digər avadanlıqların satın alınması üzrə ümumi dəyəri 9 013 501 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb. Təltif və mükafatlandırma ilə bağlı malların alınmasını da bunun üzərinə gəldikdə, bu rəqəm on milyon manatı keçir.

İndi gəlin baxaq görək Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “ST MARK” QSC vasitəsi ilə təhsil müəssisələrinə nə kimi idman avadanlıqları alır. 11.04.2025-ci ildə yekunlaşmış tenderin şərtlərinə görə QSC satınalan təşkilatı Baryer,futbol üçün, professional, kiçik 26 ədəd, Bədən qoruyucusu, müxtəlif rəngli, taekvando üçün 43 ədəd, Boks armudu, tavana və yerə bərkidilən, böyük, 350 qr 46 ədəd, Halqa, obruç, plastik, gimnastika üçün 213 ədəd, Top, N4, sadə, futbol üçün 1.577 ədəd, Tor, sadə, basketbol üçün 1.223, Şpaqa elektro, 5№, qılıncoynatma üçün 54 ədəd, Sablya elektro 5 №,Sol 65 ədəd, Qapı, tor ilə birlikdə, sadə, mini futbol qapısı, futbol üçün 38 ədəd, Cüdo döşəyi,2×1 ölçüdə,qalınlığı 6sm,tormuzlu 72 ədəd və bu kimi 173 adda idman avadanlıqları ilə təchiz etməlidir.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “ST MARK” QSC ilə 13.12.2024-cü ildə bağlanılmış müqavilənin şərtlərinə görə təchizatçı şirkət satınalan təşkilatı 344 ədəd Basketbol dirəyi mini (uşaq üçün), 934 ədəd Bouling (uşaq üçün), 90 ədəd boks armudu, tavandan asma, orta, 350qr, 1.268 ədəd konus, böyük, futbol üçün, sadə, 100 ədəd raketka, professional, badminton üçün, 1.730 ədəd top, N7, həvaskar, basketbol üçün, 1.770 ədəd top N4, həvəskar, futbol üçün, 1.774 ədəd top 150 qr, böyük, tennis üçün, 144 ədəd dama, stolüstü,taxtası və daşları ilə birlikdə, 50×50, 102 ədəd qılıncoynatma dorojkaları 1 m, qılıncoynatma (1m-17m), 1.489,14 m(2) jalüz, zebra və bu kimi 177 adda idman avadanlıqları ilə təmin etməli olub.

Maraqlıdır, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu kimi idman inventarını hara alır və yaxud da bu idman avadanlıqlarından harada istifadə olunacaq?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində 23 Uşaq-Gənclər İdman Məktəbi var ki, onların 8-i İdman-Şahmat Məktəbidir. Yerdə qalan 15 Uşaq-Gənclər İdman Məktəbi isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbləridir. Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış olimpiya ehtiyatları Uşaq-gənclər idman məktəblərinin nümunəvi əsasnaməsində idman məktəbinin maliyyə vəsaiti asağıdakılardan ibarət olduğu göstərilir. Büdcə vəsaiti və ya tabeliyində olduğu təşkilatın vəsaiti; əhaliyə pullu xidmətdən və ödənişli qruplardan əldə olunan gəlirlər; idarə, təşkilat, muəssisə, kooperativ, ayrı-ayrı şəxslərin və s. könüllü ianələri. Bu vəsait məktəbin əsas fəaliyyəti, idman tədbirlərinin keçirilməsi və sosial inkişafı ilə bağlı məsələlərin həllinə yönəldilir.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdman Məktəbləri büdcə vəsaiti ilə bərabər əhaliyə pullu xidmətdən və ödənişli qruplardan əldə olunan gəlirlər hesabına maliyələşir. Belə olan təqdirdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi son beş il ərzində idman inventarının və avadanlıqların satın alınmasına xərclədiyi on milyonlara hara gedib?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin idman inventarının və avadanlıqları ilə təminatı da çox zəif olur. Bakı şəhəri və bir sıra iri şəhərlərin orta məktəbləri istisna olmaqla kənd orta məktəblərinin heç biri demək olar ki, idman avadanlıqları ilə təmin edilmirlər. Bir daha sual olunur. Onda son beş il ərzində idman inventarının və avadanlıqların satın alınmasına xərclənın on milyonlara manat hara gedib?

Biz deyək, sözügedən idman inventarı və avadanlıqları təhsil müəssisələrinin balansına yazılır. Qısa müddətdən sonra istifadəyə yararsız kimi silinir. Amma dolayısı yollarla başqa yerlərdə satılır. Bir sözlə, Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi də qazanır, təhsil müəssisələri də.

Aktulinfo.org




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
43 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...